Yuxarı

Bu münaqişə ən qanlı savaşa çevrildi - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin ərazisində və Livan-İsrail sərhədində görünməmiş səviyyədə qarşıdurma yaşanır.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

O, Fələstin-İsrail arasındakı konfliktin digər regionlara da sıçradığını və vəziyyəti qeyri-sabit hala gətirdiyini bildirib:

"Bu münaqişə bölgənin digər bölgələrində, o cümlədən Qırmızı dəniz və Ədən körfəzinə də yayılır. Təkcə qeyd etdiyim regionlarda deyil, Aralıq dənizi, Fars körfəzi və bütün Şimali Afrikada vəziyyəti qeyri-sabit hala gətirib. Bu konfliktin episentri isə Qəzza zolağıdır. Burada keçən ilin oktyabr ayında başlayan hərbi əməliyyatların sonuncu raundu artıq uzun sürən Fələstin-İsrail müharibələri seriyasında ən qanlı döyüşə çevrilib. Ölənlərin sayı 41 mini keçib. Yaralıların və itkinlərin sayı 100 minə yaxınlaşır. Qurbanların əksəriyyəti anklavdan olan mülki şəxslərdir. Döyüşlər və İsrailin anklavı mühasirəyə alması fonunda vəziyyət pisləşir. 7 oktyabr terror aktı üçün heç bir bəhanə yoxdur, lakin bütün fələstinlilərin kollektiv cəzaya məruz qalması qəbuledilməzdir”.

Tarix
2024.09.28 / 09:36
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Xəzər dənizində nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

Ölkənin xarici borcunun azalması... - Deputat

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla