Yuxarı

Ölkənin xarici borcunun azalması... - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq:

“Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri təbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir”.

Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlı təqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamik inkişaf etdiyini bir daha təsdiqləyir:

“Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələr sırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir” .

Tarix
2024.09.28 / 11:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Nikol Bakının önündə geri çəkildiyini elan etdi - Surenyants

BMT-də Ermənistanın sürətlə silahlanması müzakirə olundu

Ukrayna Belqoroda hücum etdi: yaralılar var

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

Bayramov səudiyyəli həmkarı ilə bunları müzakirə etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla