Yuxarı

Gürcüstanda bu ssenari üzrə çevriliş etmək istəyirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın daxilində olan bəzi qüvvələr ABŞ və Qərb dövlətlərinin maraqlarına xidmət edirlər. Qərbin və ABŞ-ın əlində oyuncaq olan bu qüvvələr başa düşmürlər ki, onlar bu yolla gürcü xalqını fəlakətə sürükləyirlər.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Goga Xaindrava söyləyib.

Onun sözlərinə görə, belə qüvvələrin başında dayananlardan biri prezident Salome Zurabişvilidir. S.Zurabişvili çoxdandır ki, Gürcüstanın prezidenti deyil, o, bu ölkədə Qərbin rezidentidir. Onu xarici agentlərin rəhbəri təyin ediblər və Gürcüstanda inqilab etmək üçün təlimatlandırıblar. Bu ssenari ABŞ-da “Makkeyn İnstitutu”nda yazılıb. Bu ssenari üzrə bir çox QHT-lər və media qurumları da fəaliyyətdədir.

“Ölkədə qarışıqlıq yaratmaq istəyən hər hansı bir qüvvə Gürcüstan xalqının düşmənidir. Gürcüstanın indiki prezidenti xalqı aldatdı və onu dəstəkləyənlərə arxa çevirdi. Mən əminəm ki, hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası bu seçkilərdə çox böyük qələbə qazanacaq və parlamentdə çoxluq təşkil edərək impiçment məsələsini də sona çatdıracaq”, - deyə G.Xaindrava vurğulayıb.

Tarix
2024.10.07 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının iştirakı olmadan aparılan debatları... - Mikanadze

İsrailin Bakı səfirliyindəki bayraq yarıya endirildi

İrəvan Moskvada nazirlərin bəyanatından imtina etdi - Təcili

Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü

Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko

Zakir Həsənov özbək generalla görüşdü - Video

Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

Prezident Zakir Həsənova yeni müavin təyin etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla