Yuxarı

Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq Sərəfruz oğlu İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub

Axar.az N.İslamzadənin dosyesini təqdim edir:

O, 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbdə, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub.

1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıdıb, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsilinə davam edib. 1992-ci ilin sentyabr ayında Türkiyənin Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

N.İslamzadə 2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

O, 2005-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2008-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, 2020-ci ildə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Həmçinin 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

N.İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi alıb. O, 2024-cü il 25 iyunda isə "general-leytenant" ali hərbi rütbəsinə layiq görülüb.

Tarix
2024.10.07 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koştanın Azərbaycana səfəri başa çatdı

Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır!

Niyə Müctəba Xamenei rəhbər seçildi? – SEPAH-ın planı

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla