Yuxarı

Türkiyədən xəbərdarlıq: İrandan Livana qədər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən xəbərdarlıq: İrandan Livana qədər...

İran ətrafında yaranmış vəziyyət bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Son hadisələri nəzərə alan Türkiyə yerdə, havada və suda, xüsusən də sərhəd boyunca, həmçinin kiberməkanda tədbirləri artırıb. Ordumuz Türkiyənin hüquq və mənafelərini qorumaq, millətimizin etimadına layiq olmaq əzmindədir. Qətiyyətimiz tam və sarsılmazdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Muş vilayətinə səfəri zamanı səsləndirib.

Münaqişənin genişləndiyi bir şəraitdə Türkiyənin sülh gündəliyini təşviq edən dövlət olduğunu diqqətə çatdıran Y.Gülər deyib:

“Ölkəmiz regionda sabitlik adası və təhlükəsizlik mərkəzi mövqeyini qoruyur. Rəsmi Ankara danışıqlar masasında effektiv təşəbbüslərlə çıxış edir".

Onun sözlərinə görə, qarşılıqlı zərbələr daha böyük fəlakətə gətirib çıxarmadan dayandırılmalı, dialoq və diplomatiya kanalları yenidən açılmalıdır.

“İrandan Livana qədər geniş bir ərazini əhatə edən münaqişəni diqqətlə izləyirik, hər bir hadisəni təhlil edirik, heç bir ehtimalı nəzərdən qaçırmırıq”, - deyə türkiyəli nazir əlavə edib.

Tarix
2026.03.12 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla