Yuxarı

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Koşta ilə birgə nahar etdi

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.

Axar.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunuldu və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı.

Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, Avropanın 10 ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi.

Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirildi. Orta Dəhlizin tərkib hissəsi kimi TRİPP layihəsinin önəmi vurğulandı. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunuldu.

Azərbaycanla Avropa Birliyi arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparıldı.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edildi, Avropa Birliyinin də sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirildi.

Söhbət əsnasında Azərbaycan ilə Avropa Birliyi arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikir mübadiləsi aparıldı.

Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbul edildi.

Tarix
2026.03.11 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla