Yuxarı

SEPAH generalı israr edir: F-35-ləri məhv etdik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın İsrailin hərbi obyektlərinə son raket hücumu İsrailin xeyli sayda F-35 qırıcısının məhv edilməsi ilə nəticələnib.

Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müşaviri briqada generalı İbrahim Cabbari bugünkü mətbuat konfransında deyib.

İbrahim Cabbari iddia edib ki, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.

O əlavə edib ki, raket hücumu zamanı SEPA paralel olaraq İsrail rejiminin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron mübarizə əməliyyatları həyata keçirərək, raketlərin öz hədəflərini vurmasına şərait yaradıb:

“İranın ballistik raketləri İsrailin kritik bazalarını və F-35 qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, bu hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin heç bir zərər çəkmədiyini və F-35 qırıcılarının birinin də vurulmadığını açıqlamışdı.

Tarix
2024.10.09 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla