Yuxarı

Əli Əsədov hökumət rəsmilərini topladı - Tapşırıqlar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-da Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin sədrliyi ilə 26 sentyabr 2024-cü il tarixində keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki tapşırıqlarından irəli gələrək “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsinin vəziyyəti, ixrac edilən malların sektorlar və ölkələr üzrə təsnifatı, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə əlaqədar inzibati-cinayət məsuliyyəti tədbirləri barədə geniş müzakirələr aparılıb.

Məsələ ətrafında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Mərkəzi Bankın sədri Taleh Kazımov və iclasda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış ediblər.

Gündəlikdə ikinci məsələ olaraq “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məsələlər də ətraflı müzakirə olunub. Məsələ üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzələri dinlənilib.

Təqdim olunan məsələlər üzrə İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tarix
2024.10.11 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın MDB məkanında nüfuzu artır - Deputat

İrəvanı qorxuda: Türkiyə Ermənistana qoşun yeridəcək...

Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal

Corciya Meloni Azərbaycana gələcək

Əhməd niyə ömürlük həbsə deyil, müalicəyə göndərildi?

“Nar” sərfəli smartfon modellərini təqdim edir

Ölkəmizdə süni yağış texnologiyası tətbiq ediləcək

Ermənistanın Gəncədə törətdiyi 4-cü terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

Bakıda Pre-COP29 başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla