Yuxarı

Bağça müəllimlərinə mühüm xəbər!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Tarix
2024.10.11 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyadan şok: Zəngəzur tabe edilir, Bakı NATO-ya üzv olur...

Azərbaycanın MDB məkanında nüfuzu artır - Deputat

İrəvanı qorxuda: Türkiyə Ermənistana qoşun yeridəcək...

Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal

Corciya Meloni Azərbaycana gələcək

Əhməd niyə ömürlük həbsə deyil, müalicəyə göndərildi?

“Nar” sərfəli smartfon modellərini təqdim edir

Ölkəmizdə süni yağış texnologiyası tətbiq ediləcək

Ermənistanın Gəncədə törətdiyi 4-cü terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla