Yuxarı

Rus ordusu Sucaya yaxınlaşır: Amansız döyüşlər gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusu Sucaya yaxınlaşır: Amansız döyüşlər gedir

Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücum qüvvələri şəhərin cənub-şərqindəki “Lotus” yanacaqdoldurma ərazisində möhkəmləniblər.

“Bundan başqa, rus ordusu Suca-Belaya magistralını nəzarətə götürüb, Sucadan 7 km şərqdə yerləşən Martınovka kəndinə hücum başlayıb. Orada 810-cu dəniz piyadaları briqadası və “Əhməd” xüsusi təyinatlıları döyüşür. Bu əraziyə nəzarət Rusiya ordusuna Suca yaxınlığındakı yüksəklikləri ələ keçirməyə imkan verəcək”, - məlumatda qeyd olunub.

Qeyd edilib ki, şimal-qərb istiqamətindən Sucaya 155 və 106-cı briqadaların hücumu davam edir. O ərazidə Lyubimovka kəndinin bir hissəsinə ruslar nəzarət edir.

Rusiya Teleqram kanalları yazır ki, son 5 gün ərzində Rusiya ordusu Kursk vilayətinin 11 yaşayış məntəqəsini azad edib.

Tarix
2024.10.14 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla