Yuxarı

Qalmaqal: Kanada diplomatları qovdu, Hindistan "geri çağırdı"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada hökuməti altı hind diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, altı Hindistan diplomatı və konsulluq rəsmisi Hindistan hökuməti ilə əlaqəli agentlər tərəfindən Kanada vətəndaşlarına qarşı məqsədyönlü kampaniya ilə əlaqədar Kanadadan çıxarılma bildirişi alıb.

Hindistan XİN isə fərqli açıqlama yayıb. Açıqlamada bildirilir ki, XİN Kanadadakı səfiri Sancay Kumar Vermanı və bir neçə digər diplomatı onların təhlükəsizliyi ilə bağlı narahatlıqlarına görə geri çağırmaq qərarına gəlib.

XİN Kanadanın Hindistanın Ottavadakı səfirinin Şimali Amerika ölkəsinin sinqh icmasının liderlərindən biri Hardip Sinqx Nicarı öldürmək planında iştirak etməsi ilə bağlı ittihamları əks etdirən bəyanatları rədd edib.

Nazirliyin bildirdiyinə görə, Kanadanın Yeni Dehlidəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bildirilib ki, Hindistan səfirinin və Kanadadakı digər diplomatların və rəsmilərin əsassız təqibləri tamamilə qəbuledilməzdir.

Tarix
2024.10.14 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

Tərtər məzarlığına artilleriya atəşi.. - 4 il ötdü

İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 21 il ötür

Türkiyənin İrəvana şərti: Dəhlizi açmasa… - Minasyan

Oğlumun meyitini vermək üçün ermənilər məndən bunu istədi

Qafarova Simonyanla görüşdən son anda imtina etdi

Pezeşkiandan Azərbaycanla bağlı etiraf: Bacaracaqmı?

Viktor Orban da Bakıya gələcək

Qazaxda mina partlayışı ilə bağlı çağırış

Gürcüstan uğrunda savaş: Tiflisdən bu tələb olunur

Türkiyəli deputatlar “Fəxri ağsaqqal” nişanı ilə təltif olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla