Yuxarı

PKK terrorçusundan – Şok etiraflar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK terrorçusundan – Şok etiraflar

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda təslim olan PKK üzvləri təşkilat haqqında tükürpərdici məlumatlar verib.

Axar.az xəbər verir ki, tutulan təşkilat üzvləri PKK-nın insanları aldadaraq öz tərəfinə çəkdiyini, ölkənin şərqində yaşayan kürdlərə böyük təzyiq etdiyini deyib:

"Kürd xalqına və bölgəyə çox zərər verdik. Millətin köçünə səbəb olduq. İnsanların evini talan edirdik. Bizə vəd etdikləri heç bir şeyi etmədilər. Bizi birbaşa ölümə sürüklədilər. Bizə "qiymətli əşyaları alın, divarları dağıdın və işiniz bitən kimi, evləri yandırıb çıxın", - deyirdilər. İlk günlərdə bizə yaxşı baxırdılar. Yemək verib diqqət göstərirdilər. Sıralarımızda 15-17 yaşda gənc uşaqlar var idi, hamısı həlak oldu".

Təşkilat üzvünün sözlərinə görə, terrorçuların hazırladığı partlayıcı maddələr bəzən evin içində partlayırmış:

"Bir evdən digər evə keçmək üçün divarlar açılırdı. Hadisələr də az olmayıb. Təşkilatın yerləşdiyi partlayıcılar qəflətən partlayırdı. Bu zaman onlarla insan ölürdü. Bir dəfə lap yaxınlığımda partlayış baş verdi".

Tarix
2016.04.20 / 08:45
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ərdoğanın Azərbaycana qarşı çıxan müşaviri istefa verir? - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla