Yuxarı

Seçkini saxtalaşdıran Rövşən İsgəndərov saxlanıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçkini saxtalaşdıran Rövşən İsgəndərov saxlanıldı - Video

Gürcü Arzusu Partiyasından Marneuli bələdiyyə üzvü, 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan şəxs saxlanılıb.

Axar.az News24.az-aistinadən xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının siyasi şurasının üzvü, parlamentin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

O vurğulayıb ki, hadisə ilə bağlı istintaq aparılır:

“Cəmi bir neçə hadisə qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar keçirilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisəni. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir.

İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, Lelo Partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma "Lelo"nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq”.

Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İsgəndərovun bir neçə bülleteni Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı.

Qeyd edək ki, Rövşən İsgəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.

Tarix
2024.10.28 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla