Yuxarı

Zurabişvili əlində olan bütün məlumatları verməlidir - ABŞ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili 26 oktyabr parlament seçkilərində mümkün saxtakarlıqlarla bağlı əlində olan bütün məlumatları verməlidir.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Miller deyib ki, prezidentdən Gürcüstan hakimiyyətinin bu iş üzrə apardığı araşdırmaya münasibət bildirməsi xahiş olunub:

“Prezident öz adından danışa bilər, amma mənim başa düşdüyüm odur ki, o, qanun pozuntuları barədə məlumatı olduğunu bildirib, ona görə də ümid edirəm ki, bu məlumatı verə biləcək".

O əlavə edib ki, ABŞ Gürcüstanda parlament seçkilərində baş verdiyi iddia edilən pozuntuların araşdırılmasını zəruri hesab edir.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını bildirən Zurabişvili nəticələri tanımaqdan imtina edib. Gürcüstan Baş Prokurorluğu Zurabişvilini səsləndirdiyi ittihamlara görə dindirilməyə və əlində olan faktları verməyə dəvət etsə də, prezident bundan imtina edib.

Tarix
2024.10.31 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Deputata məxsus şirkətdən maddi ziyan tələb edilir

"Mazarina"nın rəhbəri inzibati məsuliyyətə cəlb edildi

Qatillər və qurbanlar: COP nədən fövqəl-əhəmiyyətlidir?

ABŞ sızdırdı, gizli plan ifşa oldu – Zelenski pis durumda

İspaniyada daşqınlardan zərər görən azərbaycanlılar varmı?

Bakı ilə əlaqələr daha da inkişaf edəcək - Papuaşvili

Bu Dövlət Agentliyində pozuntular aşkarlandı

Hərbi attaşelər Bakının dəniz limanında - Foto

ABŞ-da 43 milyon insan artıq səs verdi - Erkən səsvermə nədir?

Azərbaycan sərhədinə gələn fransız, görün, kim imiş - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla