Yuxarı

Məşhur brend Qarabağ xalçaları əsasında kolleksiya hazırlayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın dünyaca məşhur zərgərlik brendi FREYWILLE arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlığa əsasən FREYWILLE şirkəti Qarabağ xalçaları və onların unikal naxışları əsasında yeni kolleksiya hazırlayır. Qədim Azərbaycan xalçaçılıq irsinin dünya miqyasında tanıdılması məqsədilə yaradılan, müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiya yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

Kult.az xəbər verir ki, 1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə olunan FREYWILLE şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brenddir. Şirkət dünyanın bir sıra məşhur muzeyləri - Viktoriya və Albert Muzeyi, Jivernidəki Klod Mone Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. FREYWILLE-nin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.

Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə FREYWILLE brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edəcək.

Tarix
2024.10.25 / 14:22
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

Milli Məclisin iclasları təxirə salınacaq

Paşinyan və Mirzoyan Bakıya dəvət edilib

Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı?

İrəvan Bakıdan onun meyitini istəməyə hazırlaşır

Ermənistan Arazı çirkləndirir - Şərqi Azərbaycan rəsmisi

Prezidentdən delimitasiya ilə bağlı fərman

Xaçatryan delimitasiya sənədini təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla