Yuxarı

Balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, balta insidenti ilə bağlı iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bunlar "MedEra" hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə xəsarət alan Nəzakət Paşayevadır.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal Tağıyev sədrlik edəcək.

Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.

Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Tarix
2024.10.22 / 11:32
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla