Yuxarı

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

BRİKS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Sinxua" agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, BRİKS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir:

"Hesab edirik ki, BRİKS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Eyni zamanda qlobal idarəçiliyin təkmilləşdirilməsinə və beynəlxalq nizamın daha ədalətli istiqamətdə inkişafına töhfə verir”.

Prezidentin köməkçisi təşkilatın potensialına da toxunub. Onun fikrincə, üzv dövlətlər öz üstünlüklərindən istifadə edə bilərlər.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamı olacaq:

“Azərbaycan BRİKS-ə əlavə dinamika gətirə bilər, təşkilata üzvlük isə Azərbaycanın mövcud iştirakçılarla çoxtərəfli platformada yaxşı əlaqələrinin davamı olacaq”.

O bildirib ki, strateji mövqeyə, güclü dövlətçiliyə, iqtisadi potensiala malik olan Azərbaycan beynəlxalq hüquqa sadiqdir və başqaları ilə sıx əməkdaşlıq çərçivəsində çoxvektorlu dünyaya töhfə verməyə hazırdır.

Tarix
2024.10.22 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan COP29-da iştirak edəcək? - Simonyan

Makron Bakı və Ankara ilə əməkdaşlıq üçün addım atacaq

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla