Yuxarı

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 oktyabr 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçika Krallığının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.

İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət döviriyyəsinin artırılması, enerji, nəqliyyat, yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyəti vurğulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Xalqlararası təmasların inkişafında mədəniyyət və təhsil kimi sahələrdə mübadilələrin artırılmasının səmərəli olacağı bildirilib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrdə regional məsələlər də diqqət mərkəzində olub. Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

Tarix
2024.10.21 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

326 milyon manatı mənimsəyən dəstə ilə bağlı yeni xəbər

Azərbaycandan xaricə aviareyslərin qiymətləri açıqlandı

MM-də Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu...

Prezident Moldova ilə bağlı bu sazişi təsdiqlədi

Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə…

Baydenin Əliyevə məktubu: sülhə niyə tələsir?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla