Ana səhifə Kult |
“Xaç atası” filminin çəkilişini bitirdikdən sonra müflis oldum, düzdür, əvvəl də varlı deyildim, amma onda borclandım.
Kult.az xəbər verir ki, bunu aktyor Al Paçino “Sonny Boy” adlı xatirə kitabında yazıb.
Al Paçino qeyd edib ki, “Xaç atası” böyük uğur qazanmışdı, lakin onun filmdən aldığı qonarar az idi:
“Filmə görə mənə cəmi 35 min dollar ödənildi. Menecerim və agentlərim maaşımdan öz paylarını alırdılar, mən isə Cill Kleyberin dəstəyi ilə yaşayırdım. Bankda 90 minə yaxın pulum var idi, vəssalam. Xərcləyirdim, amma qazanmırdım, çox çalışırdım, qazanc əldə etmirdim”.
Onun arvadı Kiton Al Paçinonu yenidən aktyorluğa başlamağa inandırıb və onun ilk layihəsi “Sevgi dənizi” olub.
O etiraf edib ki, filmlərdən çox pul qazanmayıb. Tezliklə “Xaç atası: III hissə” filmində Maykl Korleone rolunu canlandırmaq üçün aktyora təklif gəlib:
“Seçim edə bilməzdim. Maddi cəhətdən dibdə idim. Frensis (Ford Koppola, rejissor) də dibdə idi. Hər ikimiz çörək qazanmalı idik. “Xaç atası: III hissəsi” 1990-cı ildə işıq üzü gördü və geniş tənqidlərə məruz qaldı. 2001-ci ildə əkizlərim Anton və Olivia ilə daha yaxın olmaq üçün Los-Ancelesə köçdüm. Getdikcə daha çox işçim oldu, iki evə, şəxsi mənzillərimə, ofisimə baxırdım, həmçinin uşaqlarımı dolandırırdım. Ayda üç-dörd yüz min dollar xərcləyirdim, bu da çox idi”.
Al Paçino 2011-ci ildə mühasibindən şübhələnməyə başladığını yazıb:
“Nəyinsə düz getmədiyini anladım. Mühasib həqiqətən də fırıldaqçı idi. Sonradan öyrəndim ki, o, piramida sxemini idarə etdiyinə görə məhkum edilib və həbs cəzası çəkib. 50 milyon dollarım var idi, sonra isə heç nə qalmadı. Əmlakım var idi, amma pulum yox idi”.
O, bəzi xərclərini də sadalayıb:
“On altı avtomobil, iyirmi üç mobil telefon və ildə 400 min dollar landşaft dizayneri üçün xərclər - bu yaşamadığım bir evi abadlaşdırmaq üçün idi. Pulların hara xərcləndiyi barədə çox az təsəvvürüm var. Hətta qəbzlərimə də imza atmırdım, mühasib onları imzalayırdı. Kimin nə aldığını da bilmirdim”.
Tarix
2024.10.17 / 00:14
|
Müəllif
Zeynəb Əkbər
|