Yuxarı

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

17:20

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

XİN-dən Axar.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Serbiya arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri və iki ölkə arasında parlamentlərarası müstəvidə əlaqələr müzakirə edilib.

Görüşdə, qarşılıqlı hörmət, etimad, beynəlxalq hüquqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq, ikitərəfli əsasda, o cümlədən beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğu qeyd edilib. Bu xüsusda eyni zamanda, ölkələrimizin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının işi təqdir olunub.

Azərbaycan tərəfinə, Serbiyanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi birmənalı dəstəyə görə təşəkkür edilib, Serbiyanın, ölkəmizlə qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafından məmnunluq duyduğu diqqətə çatdırılıb. Beynəlxalq təşkilatlarda, BMT-də və Avropa Şurasında qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.

Nazir Ceyhun Bayramov, bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə qarşı tərəfi məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və digər istiqamətlərdə əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

Serbiyanın Expo 2027 tədbirinə hazırlıq işlərində uğurlar arzulanıb, bu tədbirin Serbiyanın artan əhəmiyyətinin göstəricisi olduğu vurğulanıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2024.12.23 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla