Yuxarı

Qulu Ağsəsin Vətən haqda ilk şeiri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Ağsəsin Vətən haqda ilk şeiri

Tanınmış şair, 55 yaşlı Qulu Ağsəs Vətən haqda ilk şeirini yazıb.

Kult.az sözügedən şeiri təqdim edir:

Canım Vətən,

səninlə

düz-əməlli kəlmə kəsməmişik

indiyətən,

kəssək, soruşardım:

yenəmi Arazla suvarılır

ədəbiyyat zəmin,

niyə süngülərin

yalın ayaqla qalxdığı

Ruh yüksəkliyinə

hazır maşınla çıxa bilmir

heç kəsin qələmi?!

Canım Vətən,

adamların başına darısı,

bircə bitkilər bilir fanidi həyat

diriykən torpağa basdırır yarısın...

Canım Vətən,

elə bilmə, görmədim,

şəhid evində

(bayraqdan başqa!)

hər şey köhnədi...

Canım Vətən,

and olsun ikinizin canına,

burdan başqa heç harda yoxdu

göz dəyməsin deyə

şikəst balasının

başına duz çevirən ana...

Səni necə qurmuşuq,

canım Vətən:

bir vətən daş altdan,

bir vətən daş üstdən!..

Hərdən aramız dəyir

“niyə”sini indi deyirəm:

sən

vətənpərvər şeir istəyirsən,

mən

şeirpərvər vətən istəyirəm,

canım Vətən...

Tarix
2024.12.20 / 00:59
Müəllif
Kult.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla