Yuxarı

Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas

Kitabxana yaralı yerimdir. Bir dəfə Ağcabədinin Kəhriz kəndidə muzey açmışdıq. İki qadın işləyirdi və aşağı maaş alırdılar. Onda Polad müəllim nazir idi. Dedim ki, onların maaşlarını artıraq. Onda bildirdi ki, maaşı Tarif Şurası artırır. Təklif etdim ki, bir biclik etmək olar. Dedim, onların həyat yoldaşlarının birinə bağban, digərinə isə mühafizəçi ştatı verin. Onlar da işləyəndən sonra ikisinin də maaşı düzələcək.

Kult.az Unikal-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, indi hamı öz cibinin pulu ilə kitab çap etdirir:

"Onların kitabları kitabxanalara çatmır. Məcbur oluram ki, ayda bir dəfə gənc şairlərin, yazıçıların 200 kitabını öz puluma alıb kitabxanaya hədiyyə edim.

Rayonlarda elektron kitabxanalar var ki, heç biri işləmir. Ona görə ki, hamının əlində telefon, evində də kompüter var. Elektron kitab oxumaqla əleyhqaz geyinib qızılgül iyləməyin heç bir fərqi yoxdur.

Kitab sevdiyin qız kimidir, sinənə qoyub yata da bilərsən. Kitabın iyi, qoxusu var".

Tarix
2024.12.17 / 15:12
Müəllif
Kult.az
Digər xəbərlər

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla