Yuxarı

"RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi

AZCON Holdinqin şirkətlərindən biri olan ADY-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşəbbüsü ilə həyata keçirilən “RoboPort” robotika, kodlama və STEAM təlim proqramının üçüncü sessiyasının açılış mərasimi keçirilib. Layihə məktəblilərin texnologiya və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Axar.az xəbər verir ki, yeni sessiya üzrə seçim mərhələsində Ələt qəsəbəsində yerləşən 5 məktəbdən olan şagirdlər iştirak ediblər. Ümumilikdə proqrama 144 şagird müraciət edib, keçirilən seçim sorğularının nəticələrinə əsasən 24 şagird təlimlərdə iştirak etmək hüququ qazanıb.

Seçilmiş iştirakçılar hər qrupda 12 nəfər olmaqla iki qrupa bölünüb və robotika, kodlama və STEAM istiqamətlərini əhatə edən təlimlərə cəlb olunublar. Qeyd edək ki, kurslar Bakı Limanının korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində təşkil olunur və iştirakçılar üçün tamamilə ödənişsiz həyata keçirilir.

Tədris proqramı 7 moduldan ibarət olmaqla 6 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təmin olunacaqlar.

Tarix
2026.03.17 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla