Yuxarı

"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi

Sərfəli təklifləri və faydalı sosial layihələri ilə tanınan mobil operator “Nar” 2026-cı ildə də inklüziv cəmiyyətin formalaşması istiqamətində sosial layihələrinə davam edir.

Qeyd edək ki, 2025-ci ildə “Nar”ın inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etmək məqsədilə “DanceAbility” sosial sahibkarlıq müəssisəsi ilə birgə keçirdiyi 10-a yaxın inklüziv layihə 500-dən çox şəxsi əhatə edib.

2025-ci ildə “Nar” Beynəlxalq Əlillər Günü (3 Dekabr) münasibətilə əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirmək və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa yönəlik maarifləndirici video çarxın hazırlanmasına da dəstək vermişdi.

Bu ildə də inklüziv layihələrlə cəmiyyətə töhfə vermək məqsədilə, “Nar” “DanceAbility” ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində “Bütün vücudlar danışır” inklüziv layihəsi həyata keçirilir. Layihənin məqsədi inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Hazırda “Bütün vücudlar danışır” layihəsində fiziki məhdudiyyəti olan və olmayan 75 şəxs iştirak edir. Müxtəlif yaş qruplarından olan bu iştirakçılara fərqli rəqs hərəkətləri üzrə məşğələlər keçirilir. Məşğələlər hər kəsin özünə uyğun şəkildə iştirak etməsi və rəqs hərəkətləri vasitəsilə özünü ifadə etməsi üzərində qurulub.

Ötən il ərzində layihədə ümumilikdə 587 nəfər iştirak edib, onlardan 396 nəfəri isə fiziki məhdudiyyəti olan şəxslər olub. Bu il ərzində də “Bütün vücudlar danışır” layihəsində iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçə edə və ya +994772828880 nömrəsi ilə “WhatsApp” üzərindən əlaqə saxlaya bilərlər. Məşğələlər hər şənbə günü Su idmanı sarayında, həftənin digər günləri isə Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin nəzdində fəaliyyət göstərən Şağan Reabilitasiya Pansionatında keçirilir.

“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2026.03.17 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla