Yuxarı

Meyiti tapılan blogerin ölümü ilə bağlı yeni detallar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloger Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) ölümü ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib

Kult.az xəbər verir ki, o, Oxu.az-a açıqlamasında 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın 20.11.2024 tarixində "Mərcan Medicare" klinikasında plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyat olunduğunu bildirib.

A.Ağayev qeyd edib ki, xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb:

“Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.

Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".

Baş həkim qeyd edib ki, "Mərcan Medicare" klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən "plastik cərrahiyyə" fəaliyyəti ilə məşğul olmağa icazəsi var:

"Həmçinin adıçəkilən tibb işçilərinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyəti davam edir. Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib".

Baş həkim əməliyyata görə blogerin 5 000 manat ödəniş etməsi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib:

"Min neçə manatsa pul verilib, qəbzlərə baxmaq lazımdır. Beş min manat ödəniş olmayıb. Yarasından irin gəlməsi ilə bağlı onu deyə bilərəm ki, bu barədə həkimə müraciət edilməlidir. Lap deyək ki, həkim cavab vermir, klinikaya gəlmək lazımdır. İddialar uyğunsuz səslənir. Əməliyyatdan bir ay keçib. Klinikadan çıxandan sonra da əməliyyat fotoları var idi".

Tarix
2024.12.19 / 16:03
Müəllif
Kult.az
Digər xəbərlər

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

Donald Trampa çox minnətdarıq - İlham Əliyev

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

Süni intellektdən istifadə etmirəm, lakin... - Prezident

Mediamız lazım gəldikdə hücuma da keçir - Prezident

Prezident 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla