Yuxarı

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Azərbaycan danışıqlar zamanı Ermənistan Konstitusiyasında dəyişiklik tələb etmir, amma mövcud müddəalar qalacağı təqdirdə sülh müqaviləsi imzalamayacağı barədə xəbərdarlıq edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı birbaşa tələb yoxdur. Amma başqa məsələlər var, bu barədə tərəflər açıq şəkildə danışırlar. Ermənistan Azərbaycanla Konstitusiyanın dəyişdirilməsini müzakirə edə bilməyəcəyini bəyan etdikdə, qarşı tərəf bunu qəbul edir, amma əlavə edir ki, Ermənistan Konstitusiyasındakı bəzi mövcud müddəalar qalarsa, sülh müqaviləsini imzalamağı planlaşdırmırlar”, - o deyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsinin Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsini sülhə təhlükə adlandırıb. Onun sözlərinə görə, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır, çünki bu, münaqişə riski yaradır.

Tarix
2026.03.23 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla