Yuxarı

İranın yeni raketləri ABŞ və İsrailin müdafiəsini yarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın yeni raketləri ABŞ və İsrailin müdafiəsini yarır

Yaxın Şərqdə hava hücumundan müdafiə sistemlərinin effektivliyi ilə bağlı ciddi suallar yaranıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, son hücumlar fonunda həm ABŞ istehsalı “Patriot PAC-3” komplekslərinin, həm də İsrailin “Davudun Sapandı” (David’s Sling) sisteminin İranın yeni nəsil raketləri qarşısında çətinlik yaşadığı iddia olunur.

Hərbi mənbələrin yaydığı məlumatlara görə, “Patriot” sistemi “döyüş” əmri verildikdən sonra hədəfin trayektoriyasını avtomatik hesablayaraq buraxılış edir. Lakin bəzi hallarda sistemin bahalı raketləri daha ucuz hədəflərə – xüsusilə “Şahid” tipli pilotsuz uçuş aparatlarına qarşı istifadə etməsi onun iqtisadi baxımdan səmərəliliyini sual altına alır.

Eyni zamanda, İranın son hücumlarda daha mürəkkəb və manevr edə bilən sursatlardan istifadə etdiyi bildirilir. Xüsusilə Qətərdəki Ras-Laffan qaz kompleksinə zərbələr zamanı bu tip silahların tətbiqi onların mövcud hava hücumundan müdafiə sistemlərini yan keçmək qabiliyyətinə malik olduğunu göstərir.

İsraildə isə Arad və Dimona istiqamətində atılan ballistik raketlərin qarşısının alınmasında problemlər yaşandığı barədə məlumatlar yayılıb. Bəzi mənbələr bu uğursuzluğu “Davudun Sapandı” sisteminin effektiv işləməməsi ilə əlaqələndirsə də, məsələ ilə bağlı rəsmi və tam texniki açıqlama hələ verilməyib.

Tarix
2026.03.23 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla