Yuxarı

Azərbaycanda bloger estetik əməliyyatdan bir ay sonra öldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bloger estetik əməliyyatdan bir ay sonra öldü - Video

Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan “Mərcan” klinikasında baş verib.

Axar.az xəbər verir ki, bunu ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb.

O bildirib ki, baş verən hadisələri Nərmin İsgəndərovanın anası Şahnaz Mehdiyeva danışıb:

“Nərminin anasının dediyinə görə, qızına qarıngərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib”.

Şahnaz Mehdiyeva səs yazısında təfərrüatı belə açıqlayıb: “Qızımın halı pisləşəndə həkim ona boyun olmadı və onu başqa xəstəxanaya yönləndirdi. Günü 180 manatdan orda qalmalı imiş. Nərminin imkanı olmadığı üçün getməyib, evdə müalicə olunub. Dekabrın 17-də səhər 8-ə işləmiş dərman almağa gedəndə səkidə yıxılıb rəhmətə gedib. Onun dörd yaşında qızı qalıb. Həkim telefonlara cavab vermir. Müstəntiq deyir ki, dördüncü xəstədir ki, onun əlində ölüb”.

Qənirə Ataşova isə qeyd edib ki, iddialara görə, Nurlan Həsənli Azərbaycan Tibb Universitetinin məzunu olmayıb, Rusiyada təhsil alıb:

“Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərova bu il noyabrın 20-də əməliyyat olunub.

Tarix
2024.12.19 / 10:48
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla