Yuxarı

Tramp Britaniyaya xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Britaniyaya xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı xəbərdar edərək bildirib ki, ölkə ABŞ-nin sosial media şirkətlərinə tətbiq etdiyi rəqəmsal xidmətlər vergisini ləğv etməsə, Vaşinqton yüksək tariflər tətbiq edə bilər.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, 2020-ci ildə tətbiq olunan bu vergi bir sıra iri ABŞ texnologiya şirkətlərinin gəlirlərinə 2 faiz həcmində ödəniş nəzərdə tutur. Sözügedən şirkətlər arasında Əpl, Quql və Meta da yer alır. Bu addım həm Donald Tramp, həm də onun sələfi Co Bayden tərəfindən tənqid edilib.

Tramp bildirib ki, ABŞ bu məsələni diqqətlə izləyir və cavab addımı kimi Böyük Britaniyaya qarşı böyük tariflər tətbiq edə bilər: “Əgər onlar bu vergini ləğv etməsələr, ehtimal ki, Böyük Britaniyaya yüksək rüsum tətbiq edəcəyik”, – deyə o vurğulayıb.

Rəqəmsal xidmətlər vergisi qlobal rəqəmsal fəaliyyətlərdən əldə olunan gəliri 500 milyon funt sterlinqdən çox olan və bu gəlirin ən azı 25 milyon funt sterlinqi Böyük Britaniyadan gələn şirkətlərə şamil olunur.

Tramp qeyd edib ki, bu qanunlar əsasən dünyanın ən böyük şirkətlərini hədəf alır və ABŞ şirkətlərinə qarşı yönəlib. O bildirib ki, Amerika şirkətlərinin hədəf alınması Vaşinqton tərəfindən müsbət qarşılanmır və bu məsələ uzun müddətdir ABŞ-Böyük Britaniya münasibətlərində gərginlik yaradır.

Tarix
2026.04.24 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla