Yuxarı

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

09:47

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Axar.az xəbər verir ki, taxılın ümumi çəkisi 350 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Qeyd edək ki, sonuncu dəfə aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.

Tarix
2026.04.24 / 11:11
Müəllif
Axar.az
Digər xəbərlər

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla