Yuxarı

Sel zamanı dağılan bu yollar bərpa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sel zamanı dağılan bu yollar bərpa edildi

2026-cı ilin mart – aprel aylarında Azərbaycanın bir sıra şəhər və rayonlarında baş vermiş güclü leysan yağışları və sel suları nəticəsində yol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişmiqyaslı bərpa işləri həyata keçirilir.

Dövlət Agentliyindən Axar.az-a bildirilib ki, işlər Azərbaycan Prezidentinin 28 aprel 2026-cı il tarixli müvafiq sərəncamına əsasən icra olunur.

Qeyd olunub ki, ümumilikdə 10 şəhər və rayon üzrə 25 istiqamətdə yol və körpülərin, suötürücü qurğuların, eləcə də sürüşmə, uçqun və çökmə nəticəsində zədələnmiş yol sahələrinin bərpası nəzərdə tutulub.

Hazırda 13 istiqamətdə işlər tam yekunlaşdırılıb, 5 istiqamətdə işlərin böyük hissəsi icra olunaraq tamamlanma mərhələsinə çatdırılıb, 7 istiqamətdə isə tikinti-bərpa işləri davam etdirilir.

İşləri tam yekunlaşdırılmış istiqamətlər

Quba rayonu – M-1 (142-ci km)–Zərqava–Kələnov yolunun 7-ci və 10-cu km-lərində yamaclarda baş vermiş sürüşmələrin nəticələrinin aradan qaldırılması;

Quba rayonu – Quba–İspik–Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması;

Xaçmaz rayonu – Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana yerləşən 3 ədəd borunun çıxışlarının və 68-ci km-də yolun bərpası;

Xaçmaz rayonu – Mollaoba–Qıraqlı yolunun 8-ci km-də yolun bərpası;

Xaçmaz rayonu – Xaçmaz–Niyazabad–Qarğalıq yolunun 15-ci km-də yolun və boruların bərpası;

Qusar rayonu – Həzrə–Muçuq yolunun 4-cü km-də körpünün giriş hissəsinin bərpası;

Qusar rayonu – Qusar–Həzrə–Sudur yolunun 15-ci km-də 2 qoşa borunun bərpası;

Qusar rayonu – Ukur–Nəcəfkənd–Zuxul yolunun 8-ci km-də yamacda baş vermiş sürüşmələrin nəticələrinin aradan qaldırılması;

Qusar rayonu – Cağar–Cetkün yolunun 4-cü km-də yolun hərəkət hissəsinin bərpası;

Qusar rayonu – Yuxarı Tahircal kənd yolunun 8-ci km-də yol yatağının bərpası;

Şabran rayonu – Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci km-də yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-lərdə 2 ədəd körpünün bərpası;

Qaradağ rayonu – Lökbatan–Güzdək yolunun 2,2-ci km-də düzbucaqlı suötürücü borunun bərpası və biraşırımlı yeni körpünün tikintisi;

Səbail rayonu – Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bibiheybət məscidinin yaxınlığında baş vermiş çat və sürüşmələrin nəticələrinin aradan qaldırılması.

Tamamlanma mərhələsində olan istiqamətlər

Qusar rayonu – Qusar–Əniq–Laza yolunun 45-ci km-də 4 ədəd borunun və yolun hərəkət hissəsinin bərpası, 2 yeni körpünün tikintisi;

Şabran rayonu – Şabran–Qalaaltı yolunun 6-cı km-də borunun bərpası;

Siyəzən rayonu – Siyəzən–Dağ Quşçu–Ərziküş yolunun 4,8-ci km-dən başlayaraq yolun bərpası;

İsmayıllı rayonu – Dəmirçi–Lahıc yolunun 11-ci km-də yolun hərəkət hissəsinin bərpası;

Qaradağ rayonu – Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpünün tikintisi.

İcrası davam etdirilən istiqamətlər

Quba rayonu – Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci km-lərində baş vermiş çökmə, qabarma və sürüşmələrin nəticələrinin aradan qaldırılması;

Quba rayonu – Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün və suötürücü boruların yenilənməsi, Söhüb kəndi ərazisində körpünün giriş-çıxış hissələrinin bərpası;

Xaçmaz rayonu – Aşağızeyid–Bərqov kəndlərini birləşdirən yolun Caqacuq çayı ilə kəsişməsində yeni körpünün tikintisi və yanaşma hissələrinin bərpası;

Şabran rayonu – Qaraqaşlı kəndinə gedən avtomobil yolunun 16-cı km-dən ayrılan Liman yolunun hərəkət hissəsinin bərpası;

Xızı rayonu – Altıağac–Xızı yolunun 17-ci km-də hərəkət hissəsinin bərpası;

Siyəzən rayonu – Siyəzən–Məşrif–Qalaaltı yolunun 11-ci km-də qəzalı vəziyyətə düşmüş körpünün əvəzinə yeni körpünün tikintisi;

Ağsu rayonu – Parakənd–Maşadıqanlı yolunun 3-cü km-də yolun hərəkət hissəsinin bərpası.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakət nəticəsində zərər görmüş yol infrastrukturunun bərpası üzrə işlər ərazilərin mövcud vəziyyəti və müəyyən edilmiş texniki həllər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir.

Həyata keçirilən tədbirlər zərər görmüş yol infrastrukturunun bərpasına, onun dayanıqlılığının artırılmasına, eləcə də vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.

Tarix
2026.09.25 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla