Yuxarı

Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüş olub.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illər ölkəmizdə aparılan sosial islahatları, sosial ödənişlərdəki artımları diqqətə çatdırıb. O, əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal həllərin tətbiqi, şəffaflıq və əlçatanlığın artırılması istiqamətlərində əldə olunan nailiyyətlər, DOST modelinin üstünlükləri barədə məlumat verib.

İcra olunan aktiv məşğulluq proqramları, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Gender bərabərliyinin daha dolğun təminatı məqsədilə əmək qanunvericiliyində edilən son dəyişikliklər, ölkəmizin Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyasına üzv qəbul edildiyi qeyd olunub.

Ötən dövrdə sosial müdafiə, tibbi-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində AB ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs olunub. Nazirliyin Avropa Təlim Fondu ilə fəal əməkdaşlıq təcrübəsi diqqətə çatdırılıb.

Mariyana Kuyundziç ölkəmizdə aparılan sosial islahatlarla bağlı müsbət rəyini ifadə edib. Bu görüşün əməkdaşlığın davam etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi baxımından önəmini qeyd edib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Tarix
2026.04.24 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla