Yuxarı

Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi

City Garden Narimanov yaşayış kompleksində tikintisi davam edən mənzillər üçün satış şərtləri yenilənib. Bakının Nərimanov rayonunda, şəhərin əsas nəqliyyat və kommunikasiya xətlərinə yaxın ərazidə inşa olunan layihə müasir memarlığı, geniş yaşıllıq sahələri və zəngin infrastrukturu ilə seçilir.

Yeni şərtlərə əsasən, illik 8%-dən başlayan faiz dərəcəsi ilə mənzil sahibi olmaq mümkündür. Kredit müddətindən asılı olaraq, 48 ayadək seçimdə 9%, 60 ayadək seçimdə isə 10% faiz dərəcəsi tətbiq olunur.

Qeyd edək ki, layihədəki bütün mənzillər 20 ilədək ipoteka və faizsiz, aylıq ödəniş öhdəliyi olmadan “Evini hissə-hissə al” modeli ilə də satışdadır.

City Garden Narimanov Heydər Əliyev prospektinin yaxınlığında, Xəzri küçəsində, “Nəriman Nərimanov” metro stansiyasından 720 metr məsafədə yerləşir. 29 binadan ibarət layihədə sakinlərin müxtəlif ehtiyacları nəzərə alınaraq geniş infrastruktur imkanları planlaşdırılıb.

Kompleksdə nəzərdə tutulan ticarət zonası, əyləncə mərkəzi, kafe və digər iaşə obyektləri gündəlik ehtiyaclarının daha rahat qarşılanmasına xidmət edir. 24/7 təhlükəsizlik və geniş avtodayanacaq da layihənin diqqətçəkən üstünlükləri arasındadır.

City Garden Narimanovda müasir memarlıq həlləri ilə yanaşı, mənzillərin rahatlığına və funksionallığına da xüsusi diqqət yetirilir. Yerdən tavana qədər uzanan pəncərələr, şəxsi bağçalı dupleks mənzil variantları və müasir interyer həlləri layihənin fərqləndirici xüsusiyyətlərindəndir.

Təmir zamanı Almaniyanın Grohe, İtaliyanın Gewiss və Prysmian Group kimi Avropa brendlərinin məhsullarından istifadə olunur. Bu seçimlər mənzillərdə funksionallığı, müasir görünüşü və keyfiyyətli materialları bir araya gətirməyə yönəlib.

City Garden Narimanovda fərqli ailə tərkibinə və yaşayış ehtiyaclarına uyğun mənzil variantları təqdim olunur. Tikintisi davam edən binalarda 2 otaqlı studiyalardan başlayaraq 2, 3 və 4 otaqlı mənzillərə qədər müxtəlif seçimlər mövcuddur.

City Garden Narimanovda mövcud mənzil variantları, qiymətlər və kredit şərtləri barədə ətraflı məlumat almaq üçün Kristalın satış ofisinə müraciət edə bilərsən.

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

Ətraflı məlumat: *1544

kristal.az

Tarix
2026.10.14 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla