Yuxarı

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

Bu gün Asiya təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın diqqətini çəlb edir. Azərbaycanın xarici siyasətində də Asiya, o cümlədən Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələr genişlənir. Kamboca Krallığının Baş naziri Hun Manetdən sonra Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri də bunun göstəricisidir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Laos ilə əlaqələrin inkişafı Azərbaycanın Cənub-Şərqi Asiya regionunda siyasi və iqtisadi mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Bu ölkə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin şaxələndirilməsinə töhfə verə bilər. Liderlərin mətbuata bəyanatı zamanı Prezident İlham Əliyevin dediyi kimi, siyasi əlaqələr uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, ölkələrimiz arasında diplomatik əlaqələr qurulub və bu, 1995-ci ilə təsadüf edir. Eyni zamanda, ötən dövr ərzində ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik nümayiş etdirir. Bununla yanaşı, parlamentlərarası əlaqələr də inkişaf edir, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları yaradılıb. Ölkələrimizin iqtidar partiyaları arasında da fəal əməkdaşlıq mövcuddur”.

Deputat bildirib ki, Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi-ticari münasibətlərimiz mövcud potensialı əks etdirmir:

“Hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi bu istiqamətdə əməkdaşlığımıza böyük təkan verəcək. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, həm ölkəmizin imkanlarını göstəri, həm də qarşı tərəf üçün də çox böyük fayda verir”.

“Ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin isə özünəməxsus tarixi var. Belə ki, vaxtilə sovet dövründə iki mindən çox Laoslu tələbə Azərbaycanda təhsil alıb. Liderlərin görüşündə bu ənənənin bərpası diqqət mərkəzində olub. Bu, reallaşarsa gələcək illər ərzində ölkəmizdə daha çox Laoslu tələbələr təhsil ala biləcək” – deyən Samir Vəliyev əlavə edib ki, ölkələrimiz arasında mübadilə edilən sənədlər, o cümlədən qəbul edilmiş Birgə Bəyanat gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Tarix
2026.10.14 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla