Yuxarı

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Dünən Ankara ilə yanaşı, İstanbulda da Azərbaycan Baş Konsulluğunun binası önündə dindar kəsimin təmsilçiləri tərəfindən genişmiqyaslı etiraz aksiyası keçirilib.

“Özgür-Der” (Özgür Düşünce ve Eğitim Hakları Derneği) təşkilatının çağrısı ilə baş tutan aksiyanın rəsmi səbəbi kimi Azərbaycandakı məktəblərdə tətbiq edilən vahid geyim forması qaydaları və bu qaydaların hicab məhdudiyyətinə yol açması iddiaları göstərilib.

Lakin aksiyanın gedişatı, Azərbaycan rəhbərliyinin və dövlətinin ünvanına səslənən təhqiramiz və radikal siyasi şüarlar və tədbirin əsas fiqurlarının kimliyi bu hadisənin sadəcə bir insan hüquqları etirazı olmadığını, daha dərin siyasi mesajlar daşıdığını ortaya qoyur.

Rıdvan Kaya kimdir?

Aksiyanın təşkilatçısı olan “Özgür-Der”in başqanı Rıdvan Kaya Türkiyədə islamçı və mühafizəkar kəsimin tanınmış aktivistlərindən və yazarlarından biridir.

Bu gün Azərbaycanı “qadınların hicab haqqını” pozmaqda ittiham edən Rıdvan Kaya, əslində, cəmiyyətdə “qadın düşməni” kimi tanınan adamdır. Bircə faktı qeyd etmək kifayətdir ki, Kaya Türkiyənin qadınları şiddətdən qoruyan beynəlxalq İstanbul Sözləşməsindən çıxması üçün ən aktiv lobbiçilik edən islamçı liderlərdən biri olub. Çünki onun fikrincə, bu cür qanunlar və beynəlxalq konvensiyalar “kişiləri şeytanlaşdırır”. O, gender bərabərliyi anlayışını “Qərbdən idxal edilmiş, ailə dəyərlərini məhv edən və təbiətə (fitrətə) zidd bir ideologiya” kimi xarakterizə edir, qadının cəmiyyətdəki əsas rolunu dini prinsiplərə uyğun olaraq ailə daxilində (analıq və zövcəlik) görür.

Bir sözlə, qarşımızda klassik bir qadın düşməni, fundamentalist düşüncəli fanatikdir. Və bu adam qəfildən Azərbaycanda məktəb yaşlı qızların “hüquq müdafiəçisi” qismində çıxış edir.

Amma əsas məsələ bu deyil. Əsas məsələ Kayanı bu “hüquq müdafiəçiliyi”nə kimi xeyir-duası və tösviyəsi ilə həyata keçirməsi, Azərbaycana qarşı çıxışların tezislərini kimlərdən almasıdır.

Rıdvan Kaya və rəhbərlik etdiyi qurum Türkiyənin hazırkı hakim partiyası (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğan ilə çox yaxın, köklü və ideoloji bağlara malikdir. Bu yaxınlığın ən bariz və vizual sübutu 28 iyul 2022-ci il tarixində baş verib. Rıdvan Kayanın atası, islamçı camiənin simalarından olan Hacı Nimet Kaya yol qəzasında dünyasını dəyişərkən, dəfn mərasiminə şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan qatılmışdı. Dəfndə Ərdoğanla yanaşı gənclər və idman naziri, həmçinin kommunikasiya rəhbəri (Fəxrəddin Altun) kimi dövlətin ən yüksək eşalonu iştirak edirdi.

Ərdoğan həmin vaxt tabutun başında çıxış edərək bu ifadələri işlətmişdi:

"Mən Hacı Nimet ağanı Unkapanı ticarət günlərindən, çox köhnədən tanıyıram. O vaxtdan gələn böyük bir hüququmuz, dostluğumuz var. Bayramlarda, mübarək gecələrdə mütəmadi zəngləşərdik”.

Dəfndən yayılan fotolar və videolar, Ərdoğanın şəxsən tabutu çiynində aparması Ərdoğan ilə Kaya ailəsi arasındakı münasibətlərin sadəcə siyasi deyil, həm də çox dərin şəxsi və mənəvi bağlara söykəndiyini nümayiş etdirir.

Rıdvan Kayanın Ərdoğana bu dərəcə yaxın olması İstanbulda Azərbaycan dövlətinə qarşı keçirilən bu sərt aksiyanın “Türkiyə rəhbərliyinin birbaşa sanksiyası və ya icazəsi ilə” keçirildiyi düşünməyə əsas verir.

Türkiyədə son dövrlərdə müxalifətin və digər qrupların aksiyalarına qarşı çox sərt polis müdaxilələri (məsələn, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı etirazlarda olduğu kimi) edildiyi halda, Kayanın qrupunun Azərbaycan konsulluğu qarşısında rahat şəkildə toplaşması, şüarlar səsləndirməsi dövlətin bu qrupa qarşı müəyyən bir "tolerantlıq" göstərdiyinin sübutudur. Bu durum Bakı tərəfindən regional siyasətdə Türkiyə daxilindəki müəyyən mühafizəkar qanadların strateji təzyiq rıçaqı kimi qiymətləndirilə bilər.

Tarix
2026.10.14 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail prezidenti Azərbaycana gəldi

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla