Yuxarı

İstanbuldan dərman gətirilməsinin qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbuldan dərman gətirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Axar.az komitəyə istinadla xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən "Qırmızı kanal"a yönləndirilərək əl yükü və baqajına stasionar rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması aparılıb. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən külli miqdarda - 36 adda 16 036 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.10.14 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla