Yuxarı

Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman Türkiyə klubundan ayrılır? - Rəsmi

Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində Türkiyənin "Ərzurumspor" klubundan ayrılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında Superliqa təmsilçisinin prezidenti Əhməd Dal məlumat verib.

O bildirib ki, komanda daxilində həm hücumçuya, həm də onun bacarığına böyük inam var:

“Son günlər mediada Nərimanın klubumuzdan ayrılacağı barədə xəbərlər dolaşır. Amma bunu qətiyyətlə təkzib edirəm. "Ərzurumspor" klubu olaraq Nərimanı çox sevirik və onun oyununu bəyənirik. Eyni şəkildə, o da klubumuzu çox sevir. Bu cür xəbərlərin haradan çıxdığını bilmirəm, adətən transfer dövrlərində belə şayiələr yayılır. Lakin birmənalı şəkildə bildirirəm ki, belə bir planımız yoxdur".

Klub rəhbəri futbolçunun komandaya tam adaptasiya ola bilməməsini onun düşərgəyə gec qoşulması və Ərzurumun coğrafi şəraiti ilə əlaqəli olduğunu vurğulayıb:

"Nəriman mövsümün əvvəlində Millətlər Liqası ilə əlaqədar milli komandanın düşərgəsində idi və aramıza bir qədər gec qatıldı. Ərzurum Türkiyənin ən yüksək dağlıq bölgələrindən biridir. Buranın hündürlüyünə uyğunlaşmaq həm yeni transferlərimiz, həm də oyunçular üçün asan başa gəlmir. Şəhərin hava və iqlim şəraitinə uyğunlaşma dövrü bəzən vaxt aparır. Baş məşqçimiz Serkan Balta Nərimandan razıdır, onun həm məşqlərdəki çalışqanlığından, həm də meydandakı performansından məmnunuq. O, çox sevilən və örnək xarakterə malik futbolçudur”.

Əhməd Dal Azərbaycanla münasibətlərə də toxunaraq qeyd edib ki, Nəriman Axundzadənin transferi iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xüsusi töhfə verir və klub bu əməkdaşlığı gələcəkdə də davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-ın “Kolambus Kryu” klubuna məxsusdur. “Ərzurumspor” avqust ayında 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalayıb.

Tarix
2026.10.14 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla