Yuxarı

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun"da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

"Fransa nazirinin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından hələ də əl çəkə bilmədiyini göstərir.

Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki yaşayan xalqların hüquqları uğrunda apardıqları mübarizəyə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir.

Demokratiya, insan hüquqları və hüququn aliliyi barədə danışan Fransa rəsmilərinin, ilk növbədə, bu prinsiplərin Fransanın siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsi daha məqsədəuyğun olardı.

Fransa tərəfini Azərbaycanla bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq", - məlumatda qeyd olunub.

Tarix
2026.10.14 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla