Yuxarı

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

İranın "Səhər" ("Sahar Azəri") telekanalı Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş tədbirə aid görüntüləri Azərbaycanla əlaqələndirərək, onları ölkəmizdə hicablı şəxslərə dəstək məqsədilə təşkil olunmuş aksiya kimi təqdim etmişdir. Hadisənin məkanını və mahiyyətini təhrif edən bu təqdimat faktların kobud şəkildə saxtalaşdırılması, ictimai rəyin məqsədyönlü manipulyasiyası cəhdi və auditoriyanın yanlış məlumatlandırılmasına xidmət edən açıq dezinformasiya nümunəsidir.

Axar.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

"Bu telekanalın fəaliyyəti Azərbaycan əleyhinə yönəlmiş qərəzli, həqiqətə uyğun olmayan məlumatların yayılması və təxribatçı məzmun vasitəsilə ictimai rəyin çaşdırılması ilə səciyyələnir. Kanalın ölkəmizlə bağlı hadisələri sistemli şəkildə təhrif etməsi, dezinformasiya xarakterli materiallara mütəmadi yer verməsi və Azərbaycan haqqında mənfi təsəvvür formalaşdırmağa yönəlmiş yanaşması bu fəaliyyətin onun informasiya siyasətinin əsas istiqaməti olduğunu göstərir. Məhz bu cür ardıcıl və qərəzli fəaliyyətinə görə kanal qara siyahıya daxil edilmişdir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini informasiya yayımında faktların dəqiqliyini və obyektivliyi təmin etməyə, ictimai rəyi manipulyasiya edən, hadisələrin mahiyyətini təhrif edən təqdimatlardan çəkinməyə, ictimaiyyəti isə bu kimi paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələr əsasında yoxlamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır", - açıqlamada qeyd edilib.

Tarix
2026.10.14 / 13:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla