Yuxarı

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Dünyəvilik insanların inanclarına hörmətsizlik göstərmək demək deyil. Əksinə, hüquqi dövlətin əsas vəzifələrindən biri fərqli inanclara malik insanların hüquqlarını qorumaq, onların dinc və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının tarixində islam dini, dini-mədəni irs və mənəvi dəyərlər mühüm yer tutur:

“Ölkəmizdə məscidlərin, ziyarətgahların və tarixi-dini abidələrin bərpası, dini icmalara dəstək göstərilməsi bu irsə münasibətin konkret ifadəsidir. Eyni zamanda, Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı məkan kimi tanınıb.

Azərbaycanın gücü onun dünyəvi dövlətçilik ənənələrini, milli-mənəvi irsini və tolerantlıq mədəniyyətini bir-birinə qarşı qoymadan qoruyub inkişaf etdirməsindədir. Məktəb və ailə də məhz bu dəyərlərin bilik, tərbiyə, qarşılıqlı hörmət və vətəndaşlıq məsuliyyəti əsasında gələcək nəsillərə ötürüldüyü məkandır.

Gələcəyimizi qorumağın ən etibarlı yolu savadlı, düşünən, milli köklərinə bağlı, hüquqlarını və məsuliyyətlərini dərk edən gənclər yetişdirməkdir. Bu vəzifənin yerinə yetirilməsi isə həm dövlətin, həm məktəbin, həm müəllimin, həm də ailənin ortaq məsuliyyətidir” , - o bildirib.

Tarix
2026.10.14 / 13:08
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla