Yuxarı

FHN Sumqayıt Regional Mərkəzində açıq qapı günü... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Sumqayıt Regional Mərkəzində açıq qapı günü... - Video

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində gənclərin iştirakı ilə “Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü” ilə əlaqədar “açıq qapı günü” keçirilib.

FHN-dən Axar.az-a istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə gənclərə müvafiq biliklərin aşılanması olub.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin və Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların gənc mütəxəssisləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğının əhəmiyyətindən bəhs edib, onların vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar. Natiqlər, həmçinin gənclərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıblar.

Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri barədə məlumat verilib, zəruri davranış qaydaları izah olunub.

“Açıq qapı günü”ndə gənclərə FHN-in Sumqayıt Regional Mərkəzinin və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb.

Tədbir çərçivəsində, həmçinin gənclər üçün viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub.

Tədbir iştirakçıları Regional Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Tarix
2026.10.14 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

Kazım Qəribabadi Azərbaycana gəlir

Laosla siyasi əlaqələr yüksək səviyyədə olsa da... - Deputat

İmaməli Rəhman Azərbaycana yola düşdü

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla