Yuxarı

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Almaniyanın “Döyç Velle” (Deutsche Welle - DW) yayım şirkəti “Qlobal güc balansını dəyişə biləcək 8 ölkə” adlı sənədli film hazırlayıb və bu ölkələrdən biri kimi Azərbaycanı göstərib.

Axar.az xəbər verir ki, sənədli filmdə ABŞ-ın Hudzon İnstitutunun analitiki Ken Moriyasu Azərbaycan, Macarıstan, Qazaxıstan, Monqolustan, Pakistan, Türkiyə, Özbəkistan və Ermənistanı Avrasiyanın yüksələn orta gücləri kimi xarakterizə edir və bu səkkiz orta gücün qlobal proseslərə necə təsir göstərə biləcəyini izah edir.

Kenin sözlərinə görə, ABŞ Çinlə rəqabət aparmaq istəyirsə, Avrasiya qitəsinə yönəlməli və Azərbaycan kimi quru nəqliyyat dəhlizlərinə (strateji boğaz nöqtələrinə) diqqət yetirməlidir:

“Azərbaycan və Ermənistan onilliklərdir bir-biri ilə qarşıdurma yaşayır. Onlar Trampın yanına getdilər və Tramp Azərbaycanla onun anklavı arasında Ermənistan vasitəsilə quru əlaqəsi yaratmağı təklif etdi. Bu, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanır. Hazırkı Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyədən keçir. Bu, Orta Dəhlizdir. Lakin yeni təklif Gürcüstandan keçmədən, cənub istiqamətindən — Azərbaycan, Ermənistan və Türkiyə üzərindən alternativ marşrut təqdim edir. Bu isə Avrasiya bağlantısının əsas mahiyyətidir: bir neçə alternativ seçimin mövcud olması”.

Sənədli filmdə qeyd olunur ki, Avrasiyanın bu səkkiz dövləti Çin, Rusiya və ABŞ arasında balans siyasəti aparır.

Tarix
2026.04.24 / 12:08
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Mirziyayev elan etdi: “İki ölkə – bir çempionat” proqramı...

İrəliləmək üçün konkret tədbirlər planımız var - Əliyev

Özbəkistanla əbədi dostluq haqqında müqavilə imzalandı

Mərkəzi Asiya və Azərbaycan vahid iqtisadi regiondur...

Mirziyayev İlham Əliyevi təbrik etdi: Diplomatiyanızın qələbəsi

İlham Əliyev Mirziyayevi Azərbaycana səfərə dəvət etdi

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla