Yuxarı

Bakıdakı marafonun qalibinə 6 min manat veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı marafonun qalibinə 6 min manat veriləcək

Mayın 3-də ilk dəfə keçiriləcək tam marafonda qaliblərin mükafatları bəlli olub.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafon bu il ilk dəfədir ki, yarımarafon deyil, tam marafon kimi keçirilir. 42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunacaq.

1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək.

Daha qısa məsafəni qət edən iştirakçıların da mükafatlandırılması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km yarımarafon məsafəni yarışan ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.

Marafonda iştirak üçün qeydiyyat aprelin 25-də başa çatır.

Tarix
2026.04.24 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlərin təkbətək görüşü oldu

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

Prezidentlər Azərbaycan və özbək dillərində danışır - Hacıyev

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi - Video

Yanacaqla bağlı problemlər həll olunmayıb… - Putin

Belə bir addımı iki dəfə Özbəkistanla atırıq - Hacıyev

Prezident Daşkənddə Ümummilli Liderin barelyefi önündə

Hikmət Hacıyev ona verilən hədiyyəni paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla