Yuxarı

FTX zabitlərinin olduğu bina vuruldu: 12 ölü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FTX zabitlərinin olduğu bina vuruldu: 12 ölü - Video

Ukrayna ordusu Donetsk regionunda komanda məntəqəsinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus“ Ukraynanın dron qüvvələrinin yüksək rütbəli komandiri Robert Brovdiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 8 dron Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının olduğu binaya yüksək dəqiqliklə zərbə endirib, nəticədə 12 zabit ölüb, daha 15 nəfər isə yaralanıb.

Brovdi deyib ki, bu tip dronlar 100 kq-a qədər partlayıcı daşıya bilir.

O qeyd edib ki, zərbə endirilən komanda məntəqəsi diversiya əməliyyatlarının təşkili, kəşfiyyat şəbəkələrinin qurulması, şəxsi heyətin cəlb edilməsi, terror aktları və yanğınların törədilməsi, eləcə də Rusiyanın yerli silahlılarının koordinasiyası ilə məşğul olub.

Zərbə anının görüntüləri də paylaşılıb.

Tarix
2026.04.24 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla