Yuxarı

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə xəritəsi yaradılır. Bununla bağlı bəyannamə imzalanıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə idarəsinin rəisi, general-mayor Osman Alp məlumat verib.

O bildirib ki, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhali bölgüsü, miqrasiyalar, mədəni sərvətlər, adət və ənənələr, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdiriləcək.

General-mayor diqqətə çatdırıb ki, məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır:

“Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən əsas xəritə tez bir zamanda hazırlanacaq. Xəritələr türk dövlətlərini Türk Birliyi adına bir araya gətirəcək mühüm simvol olacaq”.

Qeyd edək ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptəkin Cahangir İşbilir də paylaşım edib.

Səfirin paylaşımını təqdim edirik:

Tarix
2024.12.24 / 02:22
Müəllif
Axar.az
Digər xəbərlər

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla