Yuxarı

Putinin azərbaycanlı müəlliminin xatirəsi anıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezident Akademiyasında görkəmli azərbaycanlı hüquqşünas alim, Rusiya Prezidenti Vladimir Putinin müəllimi olmuş Cahangir Kərimovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Kult.az APA-ya istinadla xəbər verir ki, tədbirdə Akademiya rektorunun müşaviri Viktor Zorin, prorektorlar Sergey Myasoedov və Aleksey Spirin, "Biz Rusiyanı sevirik” Beynəlxalq İctimai Hərəkatının Qəyyumlar Şurasının sədri Viktor Xmarin və digər dövlət orqanlarının, ictimai təşkilatların və elmi ictimaiyyətin nümayəndələri, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.

Tədbirdə azərbaycanlı alimin həyatından, elmi yaradıcılığından söhbət açılıb, onun yüksək ixtisaslı hüquqşünas pedaqoq kimi fəaliyyətindən danışılıb.

Qeyd olunub ki, Cahangir Kərimov öz dövrünün siması, Sovet İttifaqının görkəmli hüquqşünaslarından biri olub. Onun Sovet İttifaqında qanun və hüquq normaları yaradıcılığının inkişafına əvəzsiz töhfələr verdiyi bildirilib.

Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.

Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. Böyük Vətən müharibəsinin iştirakçısı olan Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub. O, hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. Kərimov 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.

Cahangir Kərimov Rusiya Prezidenti Vladimir Putinin də müəllimi olub. V.Putin Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan zaman Cahangir Kərimov ona dərs deyib.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov 2015-ci ildə, 92 yaşında vəfat edib.

Tarix
2024.12.14 / 12:41
Müəllif
Kult.az
Digər xəbərlər

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla