Yuxarı

Tramp fikrini dəyişdi, Kanadaya rüsumları ikiqat artırmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp fikrini dəyişdi, Kanadaya rüsumları ikiqat artırmadı

2025.03.11. 19:50

ABŞ Kanada məhsullarına yeni tariflər tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Belə ki, martın 12-dən Kanadadan idxal olunan polad və alüminiuma tətbiq edilən gömrük rüsumları 25 faizdən 50 faizədək artırılacaq.

Tramp bu qərarın Kanada hakimiyyətinin ABŞ-a verilən elektrik enerjisinə tariflər tətbiq etməsinə cavab olaraq verildiyini vurğulayıb.

***

ABŞ Prezidenti Donald Tramp Kanadadan ABŞ-a polad və alüminium tədarükünə rüsumların 50%-ə qədər artırılması qərarından imtina edib.

Bu barədə jurnalistlərə Ağ Evin sözçüsü Kuş Desay bildirib.

Onun sözlərinə görə, buna səbəb Kanadanın elektrik enerjisinə görə tarif tətbiqini geri çəkməsidir.

Desay bildirib ki, Trampın təhdidi öz bəhrəsini verib:

"Prezident Tramp növbəti dəfə dünyanın ən böyük və güclü iqtisadiyyatı olan ABŞ-ın rıçaqlarından istifadə etdi. Buna baxmayaraq, 25 faizlik idxal tarifi - polad və alüminium daxil tarifləri, istisnalar və ya güzəştlər olmadan, Kanada üçün qüvvədədir”.

Qeyd edək ki, Tramp Kanada və Meksikadan idxala 25%, Çindən idxala isə 20% rüsumu 4 martdan tətbiq edib.

Tarix
2025.03.12 / 02:31
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla