Yuxarı

AB-dən Ukraynada atəşkəs təklifinə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-dən Ukraynada atəşkəs təklifinə reaksiya

Avropa Şurasının prezidenti Antonio Kosta Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların yekunları ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, Kosta Ciddi görüşünü müsbət hadisə kimi dəyərləndirib.

“Biz bu gün Ciddədən ABŞ və Ukrayna arasında danışıqlara dair xəbərləri, o cümlədən atəşkəs razılaşması və ABŞ-dan kəşfiyyat məlumatlarının mübadiləsi və təhlükəsizlik yardımının bərpası təklifini alqışlayırıq. Bu, Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə doğru addım ola biləcək müsbət hadisədir”, - A.Kosta bildirib.

O, növbəti addımı Rusiyanın atmalı olduğunu vurğulayıb:

“İndi top Rusiyanın meydanındadır. AB qarşıdan gələn sülh danışıqlarında öz tərəfdaşları ilə birlikdə tam rolunu oynamağa hazırdır”.

Qeyd edək ki, Ciddədə bu gün baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.

Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı Donald Tramp 4 martda vermişdi.

Tarix
2025.03.12 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla