Yuxarı

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu Yorkdakı qərargahında beynəlxalq təşkilatın Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədri Nahla Haidar ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı B.Muradova Ermənistanın 30 illik hərbi təcavüzü nəticəsində əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlılar haqqında məlumat verib. O bildirib ki, birinci Qarabağ müharibəsi nəticəsində 4 844 Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 321-i qadın, 54-ü isə uşaqdır. Komitə sədri qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və uzunmüddətli təcavüzü nəticəsində yüzlərlə qadın və uşaq girov götürülüb, qətlə yetirilib və işgəncələrə məruz qalıb.

N.Haidar məsələ ilə bağlı araşdırmalar aparılması üçün sənədləşmənin və konkret faktların təqdim edilməsinin vacibliyini vurğulayıb. O, itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycanla daha sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Görüşdə müxtəlif vacib mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında faydalı əməkdaşlıq imkanları müzakirə edilib.

Tarix
2025.03.12 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

İt əl çəkib, Müvəhhedian əl çəkmir – Foto

Prezident Tatyana Valovayanı qəbul etdi

Prezident BMT Baş katibinin müavinini qəbul etdi

İlham Əliyev Nizami Mərkəzinin həmsədrlərini qəbul etdi

Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla