Yuxarı

Bakıda maşından 32 kq narkotik çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb.

Axar.az DİN-ə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov tutulub. Narkotik vasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanıb. K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub. Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə davam etdirilir.

Tarix
2025.03.12 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan işarə etdi: Azərbaycanla görüş...

Rusiya atəşkəsə razı olmayacaq - Mixaylovdan sensasion baxış

Ermənistan bu məqsədlə hərbi təxribat törədə bilər

Sensasion hazırlıq: Bakıdan heyrətamiz dip-trafik – Nələr edir?

Prezident Tatyana Valovayanı qəbul etdi

Kişinyovda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi

Prezident BMT Baş katibinin müavinini qəbul etdi

İlham Əliyev Nizami Mərkəzinin həmsədrlərini qəbul etdi

İt əl çəkib, Müvəhhedian əl çəkmir – Foto

Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla